Bir çox sahələrdə yaradılan ağıllı maşınlar - robotlar, sadəcə, mexaniki iş görmür, işinə yaradıcı yanaşır. Robot vəzifəsini bilir və qarşısına qoyulmuş məqsədə çatmaq üçün özü yollar və üsullar seçir. Belə çıxır ki, ağıllı maşının da bizim kimi intellekti var. Axı hesablama aparmaq, nəticə çıxarmaq, qərar qəbul etmək intellektə xas olan göstəricilərdir. Bu, əlbəttə, süni intellektdir, çünki insan tərəfindən yaradılır, daha doğrusu, proqramlaşdırılır. Maşının "ağlını" məhz bu proqram təşkil edir. |
Beləliklə, müasir dövrdə ağıllı maşınlar müəyyən işləri insandan da tez, dəqiq və səhvsiz görür. Bütün bunlara baxmayaraq, robotlar insanı tam olaraq əvəz edə bilmir. Bəlkə də, gələcəkdə insanı bütün sahələrdə əvəz edən ağıllı maşınlar yaradılacaq.
B
|
Mətndən çıxış edərək "süni insan" və "ağıllı maşın" ifadələrini izah
edin.
|
C
|
Mətnə əsasən doğru fikirləri müəyyən edin.
1. "Robot" sözünün ilkin mənası maşın deməkdir. 2. İlk robot "R.U.R." adlanırdı. 3. İlk robot 1928-ci ildə yaradılmışdır. 4. Robotlar təbii varlıqlardır. 5. Robotlar hiss və emosiyalardan məhrumdur. |
Ç
|
Erikin ağıllı maşına xas olan hansı xüsusiyyətləri var idi?
|
D
|
Oxuduğunuz mətnlərdəki ("Uzaq planetin sirri" və "Robotlar") məlumatlardan
çıxış edərək adi tozsoranla "ağıllı" tozsoranı müqayisə edin.
|
E
|
Erik haqqında məqalədəki dialoq əsasında ssenari tərtib edin və səhnələşdirin.
|