|
2
|
SÜNİ İNTELLEKT
|
1
|
A
|
Robotlar haqqında bildiklərinizi danışın.
|
100 il bundan əvvəl insan artıq özünə bənzəyən və özünü əvəz edə bilən maşınlar haqqında düşünürdü. Həmişə olduğu kimi təxəyyül elmi təfəkkürü qabaqlayırdı.
1920-ci ildə çex yazıçısı Karel Çapek süni insanlar istehsal edən fabrik haqqında əsər yazdı. Onun əsəri "R.U.R." adlanırdı. Çapek bu əsərdə süni insanları robot adlandırdı. Bu söz çex dilində "iş" mənasını verən "robota" sözündən idi. Çapekin robotları insana bənzəyirdilər. Hətta müəyyən bacarıqlara sahib idilər. Yalnız hissləri yox idi.
Bu əsərlə tanış olan alimlər robot ideyasını gerçəkləşdirməyə tələsdilər. 8 il sonra İngiltərə qəzetlərinin birində Erikadlı ilk robot haqqında məqalə dərc olundu.
Hamı susurdu. Nəhayət, mən cəsarətimi toplayıb robota yaxınlaşdım və soruşdum:
- Erik, saat neçədir?
Erik yoğun və cingiltili səslə cavab verdi:
- Üç əlli iki.
Auditoriyada hamı saatına baxdı. Hər kəsin gözündə təəccüb və heyrət varidi...
Zaman keçdi. Kompüter texnologiyaları inkişaf etdi. Bu gün Erik kimi robotlarla heç kimi təəccübləndirmək olmaz. Son illərdə alimlər bu sahədə çox böyük uğurlar əldə etmişlər. Hətta robot texnikası ilə yaxından maraqlanan məktəb şagirdlərinin yaratdığı maşınlar həmin robotlardan daha ağıllıdır.