4
|
A
|
Verilmiş izahlara uyğun sözlər yazın.
1. İncə saitlərin ahəngi olan 5 söz. 2. Qalın saitlərin ahəngi olan 5 söz. 3. Ahəng qanununa tabe olmayan 5 söz. |
B
|
Sözləri sətirdən sətrə keçirilə bilən hissələrə ayırın.
|
C
|
Sözləri əlifba sırası ilə yazın.
ziyan, ağıllı, lent, zəfəran, limon, tilov, qardaş, komandir, bağban, tor |
Ç
|
Buraxılmış hərfləri əlavə etməklə sözləri köçürün.
...ıçaq, uldu..., m...bahisə, lö...hə, nəq...rat, q...zet, kən..., mara...lı, süz...əc, kərpi..., əs...ər, di...çək, dəs...ə, rə...qas, t...başir, a...tobus, k...nfet |
D
|
Hansı sözlərə saitlə başlanan şəkilçi artırdıqda q-ğ, k-y əvəzlənməsi baş
vermir?
Həmin sözləri cümlədə işlədib yazın.
|
E
|
Verilmiş cümlələrdə səhv yazılmış sözlərin düzgün yazılışını müəyyən edin.
1. Uşaqlar çəmənnikdə oyun oynayırdılar. 2. Balaca Tofiq bankadan soxulcannarı götürüb suya atırdı. 3. Sıx meşələr rutubətdi olur. 4. İgid əsgərrərimiz sərhəddərimizi müdafiə edirlər. 5. Anar əlcəkini geyindi. 6. Bütün fənnlər maraqlıdır. |
Ə
|
Verilmiş mətni redaktə edin və köçürün.
Nayilə təbiyət hakqında hekayə, şeir mütaliyə etməyi çox sevirdi. O hər bir mətində
hamını təcübləndirən maraxlı məlumatdar tapırdı. Məllim dayim onu uşaqlara numunə
göstərirdi. İndi də dərsə gedərkən o, təbiyət hakqında düşünürdü. Küçələr, bağlar
ağ-appaq qarla örtülmüşdü. Günəşin zəyif şüaları qarın üzərinə düşür, adamın
gözlərini qamaşdırırdı. Bu ecazkar gözəlliyi muşaidə edən Nayilə qollarını geniş
açdı və dərindən nəfəs aldı. Sən demə, təbiyət kitablarda təsvir edildiyindən
daha gözəl imiş.
|