2
|
A
|
Sizcə, Dik nə üçün Samuelin hava şarı ilə səyahətə çıxmağından qorxurdu?
"Hava şarı" mətnini dinləyin və suallara cavab verin.
1. Hava şarı hansı materiallardan hazırlanırdı? 2. Hava şarında nə üçün məhz helium qazından istifadə olunur? 3. Hava şarının ilk sərnişinləri kimlər olmuşdur? 4. Şarlın hava şarının hansı üstünlükləri vardır? 5. Hava şarının ixtirasının toplum üçün hansı faydaları var? |
B
|
Sizcə, Fergüson öz məqsədinə çata biləcəkmi?
|
Budur, "Viktoriya" hava şarı yola düşüb. Mənzərə, həqiqətən də, valehedici idi. Ağaclar kibrit çöpləri, adamlar isə qarışqa boyda görünürdülər. Saatda səkkiz mil sürətlə hərəkət edən "Viktoriya" dənizin üzərindən keçib Afrika üzəri ilə uçmağa başladı. Aşağıda susuz çöllər, savannalar, vəhşi heyvan sürüləri görünürdü. Ara-sıra yaşayış məntəqələri gözə dəyirdi. Onların üzəri ilə uçanda insanlar qarışqa kimi ora-bura qaçışır, hava şarına doğru ox atırdılar. Samuel ustalıqla hava şarını oxların çata bilməyəcəyi yüksəklikdə saxlayırdı.
Onlar bir xeyli uçduqdan sonra, nəhayət, axşamüstü bir dağa çatdılar. Dağı aşmaq üçün bir qədər yüksəyə qalxmaq lazım idi. Ancaq artıq hava qaralırdı, həm də bir az istirahətə və ərzaq tədarükünə ehtiyac var idi.
Səbətdən lövbər atıldı. Co pişik kimi kəndirlə
aşağı enərək ipi ağaca bağladı. "Viktoriya" artıq
havada hərəkətsiz dayanmışdı. Səyyahlar aşağı endilər.
Samuel bu gün keçdikləri yolu xəritədə işarələdi.
Daha sonra onlar növbə ilə yataraq dinclərini
aldılar.
Səhər Samuel hava şarına qalxdı, Co və Dik isə
yemək əldə etmək üçün ova getdilər. Samuel onların
arxasınca səsləndi:
- Gözlənilməz bir şey olsa, atəş açacağam. Ehtiyatlı
olun.