C
|
1. Tural atasına nə üçün müraciət etdi?
2. Ata "kəşf" anlayışını hansı nümunə ilə izah etdi? 3. İxtira kəşfdən nə ilə fərqlənir? |
Ç
|
Sizcə, altından xətt çəkilmiş misralarda ata hansı səyyahdan danışır?
|
D
|
Aşağıdakı məlumatları oxuyun. Verilmiş hadisələrin ixtira, yoxsa kəşfolduğunu
müəyyən edin. Şeirdən əldə etdiyiniz məlumatlarla əsaslandırın.
|
Koçrane qabyuyanı Jozefina Koçrane Amerikada yaşayan varlı bir qadın idi. Xidmətçiləri çox zaman qabları yuyanda sındırırdılar. Bahalı qablarının sındığını görəndə Koçrane çox hirslənirdi. Bu problemi həll etmək üçün yollar axtarmağa başladı və qabyuyan maşın düzəltdi. İlk dövrdə hamı bu maşını "Koçrane qabyuyanı" adlandırırdı. |
Yox olmuş şəhər Qədim yunan şairi Homer özünün "İliada" əsərində Troya şəhəri haqqında geniş məlumat verir. Əsərdə göstərilir ki, bu şəhər müharibə nəticəsində yerlə yeksan edilib. Əvvəllər hamı elə düşünürdü ki, Troya şəhəri Homerin təxəyyülünün məhsuludur. Lakin 1871-ci ildə arxeoloq Henrix Şliman qazıntılar apararaq Troya şəhərinin qalıqlarını tapmışdır. |
E
|
Sizcə, milyon illər əvvəl dinozavrların yaşadığını insanlar necə sübut edə biliblər?
"Məhv olmuş canlılar" adlı mətni dinləyin. Məlumatlarla ehtimallarınızı
müqayisə edin.
|