3
|
A
|
Cümlədə mötərizə içərisində verilmiş məlumat hansı sözə aiddir?
|
B
|
Cümlələrdə mötərizə içərisində yazılan ifadələr hansı məlumatı bildirir?
1. "Dildə, fikirdə, işdə birlik!" (İsmayıl bəy Qaspıralı) 2. Böyük yazıçı "Azərbaycan" qəzetində (25 dekabr 1992-ci il) bu barədə yazırdı... 3. Kənan üzünü Rüstəmə tutdu: - Filosof (ona həmişə belə müraciət edirdi), sən nə təklif edirsən? |
C
|
Tünd rənglə verilmiş sözlərə əlavə izah verib cümlələri köçürün.
1. Dünən kiborqlar haqqında maraqlı film izlədik. 2. Əsgər məzuniyyət götürüb kəndə getdi. 3. Uşaqlar laboratoriyada eksperiment keçirdilər. |
Ç
|
Cümlədə çatışmayan durğu işarəsini müəyyən edin.
Müəllim ürəyində fikirləşdi: Bu qız gələcəkdə məşhur rəssam ola bilər.
|
D
|
Dırnaq içərisində verilmiş ifadələr nə bildirir?
Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" əsəri əsasında "Bir qalanın sirri" filmi çəkilmişdir. |
E
|
Lazımi yerlərdə dırnaq işarəsindən istifadə etməklə mürəkkəb adları köçürün.
|
Ə
|
Bildiyiniz
əsər, film, qəzet, medal, restoran, mağaza adları yazın.
|