* * *
Qəflətən Rüstəm sıçrayıb ayağa qalxdı: - Mənim bir ideyam var! Bir neçə saatlıq elektrik enerjisini kəsək. Elektrik enerjisi olmasa, kiborqlar yaşaya bilməz! Bunu Kənan ilə mən edə bilərik. Kiborqlar bizi görmür. Doktor Fobo Rüstəmin fikrini eşitcək sevincli halda dedi: - Bu, dahi ideyadır! Elektrik enerjisi kəsilən kimi mən ağıllı evdən çıxım, ana kompüter olan yerə gedim. Hər şey planlaşdırıldığı kimi oldu. Uşaqlar çox çətinliklə olsa da, enerji blokunun yerləşdiyi ünvanı tapdılar. Doktor Fobonun göstərişi ilə elektrik enerjisini kəsdilər. Hər tərəfə qaranlıq çökdü. Kiborqlar fəaliyyətlərini dayandırdılar. Bu zaman doktor Fobo sürücüsüz idarə olunan elektromobillə ana kompüterin yerləşdiyi ünvana yollandı. O, ana kompüteri əvvəlki vəziyyətinə qaytarmaq üçün onun beynini yenidən proqramlaşdırıb kiborqların idarəsini öz əlinə keçirdi...
Reyhan Yusifqızı
|
C
|
Mətndə mavi rənglə verilmiş terminlərin elmin hansı sahəsinə aid olduğunu
müəyyən edin.
|
Ç
|
Verilmiş izahdan çıxış edərək "meqaobyekt", "meqabayt" sözlərini izah
edin.
Meqa nəyinsə böyük ölçülü və ya çox olduğunu bildirir.
|
D
|
Verilmiş izahdan çıxış edərək aşağıdakı söz və söz birləşmələrinin mənalarını
müəyyən edin.
avtomobil elektromobil mobil telefon mobil ordu
|