- Nə eksperiment? Nə danışırsan sən?Səni,yəqin, qara basıb!
- Hm... İnanmırsan,amma biz bu yaxında Lemi ilə görüşəcəyik.
- Leminin bura nə dəxli var? Onu gələcəkdə niyə axtarırsan?
- Bizim başqa planetə getmək üçün gəmilərimiz yoxdur. Gələcəkdə isə belə texnologiyalar, şübhəsiz ki, var. Kənan, inanmırsan?
- Əlbəttə, yox! "100 il bundan sonraya"... Yox bir!
Kənan çantasını çiyninə aşırıb ayağa qalxdı. Bu zaman otağın qapısı açıldı və Aysel başını içəri saldı. Elə bu vaxt dəhşətli partlayış baş verdi...
- Nə oldu?! O nə partlayış idi?! Biz haradayıq?! - Kənan həyəcanla
ətrafa baxırdı.
Rüstəm sanki Kənanı eşitmir, öz-özünə danışırdı:
- Alındı! Bu baş verdi! Mən bacardım!
Hövsələsi daralmış Kənan onun çiyinlərindən tutub silkələdi:
- Dostum, özünə gəl! Bu əcaib yerdən evimizə necə gedəcəyik?!
Rüstəm duruxdu:
- Ev? Nə ev? Bilirsən, biz hara düşmüşük? Uzaq keçmişə. Bəlkə
də, Daş dövrünə. Bu, böyük bir kəşfdir, sensasiyadır! İnanmırdın,
gördün?
Meşə Kənanın başına fırlandı. O, hirsli-hirsli dedi:
- Hə, yaxşı, inandım! İndi isə evimizə qayıtmaq istəyirəm.
Burada yırtıcı heyvanlara yem olmaq istəmirəm!
Rüstəmin üzündəki sevinc yoxa çıxdı, dili topuq vura-vura dedi:
-Mən... Məni... bağışla, necə qayıdacağımızı bilmirəm.