3
|
A
|
Mətni oxuyun. Yol verilmiş səhvləri müəyyənləşdirin. Öyrəndiyiniz qaydalara istinad
edərək fikrinizi əsaslandırın.
|
B
|
Cümlələrdə səhvləri müəyyənləşdirin. Öyrəndiyiniz qaydalardan çıxış etməklə
səhvləri izah edin.
1. İbrahim III-cü sinifdə oxuyur. 2. Maşınnar sıra ilə düzülmüşdü. 3. Qulağıma nənəmin səsi toxundu. 4. Həsən bəy Zərdabi demişdir: Yaxşı kitab çox qiymətli bir xəzinədir. |
C
|
Səhv yazılmış sözləri düzəldərək cümlələri köçürün.
1. Bu gün bütün ayilə üzvləri süfrə ətrafına toplaşmışdılar. 2. Ssenarinin məllifi dosdum Bəşir idi. 3. Onun köynəyi tər-təmiz idi. 4. Qızdar çəmənnikdən çiçək toplayırdılar. |
C
|
Buraxılmış durğu işarələrini əlavə edərək cümlələri köçürün.
1. O əsgərə məktub yazdı. 2. Ura ordumuz zəfər çaldı. 3. Yaz gəlmişdi ağaclar çiçək açmışdı. 4. Heydər Əliyev demişdir Azadlıq hər bir xalqın milli sərvətidir |
D
|
Fərqləndirilmiş sözləri uyğun sözlərlə əvəz edib cümlələri köçürün.
1. Bu xəbərdən sonra babamın könlü ağrıdı. 2. Səhər açılar-açılmaz çil-çil xoruz qışqırırdı. 3. Makedoniyalı İsgəndər xəstəlikdən həlak olmuşdu. 4. Cəmilənin maraqlı yaddaşı var. |
E
|
Apardığınız araşdırmalara istinad edərək ən çox bəyəndiyiniz tarixi şəxsiyyət
haqqında tarixi-informativ mətn yazın. Bir-birinizin yazısını yoxlayın.
|