4
|
A
|
Cümlələrdən asılı olaraq "yazmaq" feilinə uyğun şəkilçilər artırın.
Nə üçün bu şəkilçiləri artırdığınızı izah edin. • Mən dünən qardaşıma məktub yaz ... . • Bu mətni oxuduqdan sonra siz tarixi şəxsiyyətlər mövzusunda esse yaz ... . • Biz indi mövzu ilə bağlı fikirlərimizi yaz ... . |
B
|
Hansı sütundakı cümlələrdə "getmək" feili şəxsə görə dəyişmir?
|
C
|
Nöqtələrin yerinə şəxsə və zamana görə dəyişməyən uyğun feillər artırmaqla
cümlələri tamamlayın.
İstifadə üçün sözlər:
qaçırılan, keçən, tutmaq, bilməmək, böyüdükcə, görmək, danışanda, verməyincə
|
1. ... eyib deyil, soruşmamaq eyibdir.
2. Bir əldə iki qarpız ... olmaz. 3. Baş-başa ... daş yerindən qalxmaz. 4.... fürsət ələ düşməz. |
5. El... körpüdən sən də keç.
6. Böyük ... kiçik qulaq asar. 7. Ağac ... suyu çox aparar. 8. On dəfə eşitməkdənsə, bir dəfə ... məsləhətdir. |
Ç
|
Nöqtələrin yerinə şəxsə və zamana görə dəyişməyən feillər əlavə edərək
cümlələri köçürün.
1. Ana ... oğlunun başını tumarladı. (fərəhləndi, fərəhlənərək) 2. Kənan heç ... suala cavab verdi. (fikirləşmədən, fikirləşmədi) 3. Biz meşədən ... yağış yağdı. (qayıdanda, qayıdırdıq) 4. Mətni... qeydlər götürün. (dinləyərək, dinləyin) 5. Fərhad ... üçün vaxt istədi. (düşündü, düşünmək) |