C
|
Mətndəki məlumatlardan çıxış edərək Şah Abbasın hakimiyyətdə olduğu illəri
müəyyən edin.
Bunun üçün misallar qurun.
|
Anadan olmuşdur: 1571-ci il
Taxta çıxmışdır: 16 yaşında Hakimiyyətə gəldiyi il: 1571 + 16 = 1587 |
Ç
|
"Şah Abbas və qarı" rəvayətinə və "Böyük Abbas" mətninə istinad edərək
aşağıdakı fikirləri əsaslandırın.
1. I Şah Abbas uğurlu hərbi əməliyyatları, geniş quruculuq işləri ilə yadda qalıb. 2. I Şah Abbas cəsur, tədbirli, ədalətli, geniş dünyagörüşünə sahib olan bir şəxs idi. 3. I Şah Abbas istedadlı və yaradıcı insanlara hörmətlə yanaşırdı. 4. I Şah Abbas bir çox nağıl və rəvayətlərin qəhrəmanına çevrilib. |
D
|
"Böyük Abbas" və "Şah Abbas və qarı" mətnlərindəki hansı məlumatlar
bir-birini təsdiqləyir?
|
E
|
Oxuduğunuz mətnlərə, aşağıda verilmiş tarixi mənbəyə və şəklə istinad edərək
Şah Abbas haqqında tarixi-informativ mətn yazın.
"Ortaboy, yaşıl gözlər, qısa alın və incə çənəyə malik bu qüdrətli şah, bir
qayda olaraq, sadə geyinər, zinət əşyalarından istifadə etməzdi. Yalnız
qılıncının qəbzəsi qızıldan idi. O, sadə xalqa bərəkətli torpaqlar, sürülər
hədiyyə etməkdən, digər ehtiyaclarını ödəmələri məqsədilə mal-pul
paylamaqdan yorulmazdı".
Petra della Valle, 18 dekabr 1617-ci il
Plan:
1. I Şah Abbasın təqdimatı 2. I Şah Abbasın xarici görünüşü 3. I Şah Abbasın xarakteri 4. I Şah Abbasın xidmətləri |