Qarı və oğlu qorxa-qorxa saraya gəlirlər. Qapıdan içəri girən kimi qarı diz çökür. Şah Abbas yerindən qalxıb onu ayağa qaldırır və deyir: - Qarı, məni tanıyırsan? - Yox,- deyə qarı dillənir. Şah Abbas deyir: - Yadındamı, kənddə sənin qonağın olmuşdum? Qarı Şah Abbası tanıyır, o vaxt dediyi sözlər yadına düşür. Qorxur ki, şah o sözə görə, özü heç, oğlunun boynunu vurdura. Şah Abbas deyir: - Qarı, qorxma! O sözlərdən mən çox şey götürdüm. Bu qələbəm də həmin sözlərə görə oldu. Tağarbəyli kəndinin adını sənin oğlunun adı ilə Abbasbəyli qoyuram. Özünü də həmin kəndə bəy təyin edirəm. Deyirlər ki, Tağarbəyli kəndi həmin vaxtdan Abbasbəyli adlanır. |
•
Söz boğçası •
• libas
• eşik • yal • yalaq • məğmun |
B
|
Mətndə fərqləndirilmiş sözün hansı mənada işləndiyini müəyyən edin.
|
C
|
Mətnə əsasən "öz hesabını götürmək" ifadəsinin mənasını izah edin.
|
Ç
|
Mətnə əsasən suallara cavab verin.
1. Şah Abbas hansı hadisədən sonra Tağarbəyli kəndinə gəlib çıxır? 2. Qarı tanımadığı qonağı necə qarşıladı? 3. Şah Abbas qarının sözlərindən hansı nəticəni çıxarır? 4. Qarı qonağının Şah Abbas olduğunu biləndə nə üçün qorxur? 5. Şah Abbas qarıya necə təşəkkür edir? |
D
|
Şah Abbasın məğlub olmasının səbəbini qarının nitqinə istinad etməklə izah edin.
|
E
|
"Şah Abbas və qarı" rəvayətində hansı tarixi faktlar öz əksini tapır?
|
Ə
|
Mətnin məzmununa əsaslanmaqla "Yer adları xalqın keçmişindən xəbər verir"
fikrini izah edin.
|