3
|
A
|
Cümlələri oxuyun. Fərqləndirilmiş sözlərə diqqət edin. Siz ikinci cümlədə hansı
dəyişiklikləri etmək istərdiniz? Nə üçün?
Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində böyük fatehin Azərbaycanda olması haqqında
danışılır. Poemada sərkərdənin Bərdə hakimi Nüşabə ilə
görüşündən danışılır.
|
B
|
Cümlələrdə təkrarlanan sözləri müəyyənləşdirin. Həmin sözləri yaxınmənalı
ifadələrlə əvəz edin.
1. Hökmdar qəzəblənmişdi. Vəzirin sözləri onu qəzəbləndirmişdi. 2. Müəllim yeni mövzunu izah etdi. Məsələlərin həlli yollarını hamıya izah etdi. 3. Həkim dəfələrlə xəbərdarlıq etmişdi. Dəfələrlə demişdi ki, idmanla məşğul olsun. 4. Bağçada rəngbərəng güllər açmışdı. Leyla bu rəngbərəng güllərdən dəstə bağladı. |
C
|
Sinonim sözlər cərgəsindən uyğun gələni artırmaqla cümlələri tamamlayın.
1. Qarşıda ... mənzərə açılırdı. (göyçək, gözəl) 2. Əsgərlər qəhrəmancasına ... . (döyüşmək, dalaşmaq) 3. Səbuhiyə ... vəzifə verildi. (hündür, yüksək) 4. ... danışanda kiçik qulaq asar. (iri, böyük, yekə) 5. Vüqar 100 metr məsafəni 14 saniyəyə ... . (qaçdı, yüyürdü) |
|
|