1
|
A
|
Aşağıda verilmiş sözün izahını oxuyun. Sizcə, nə üçün İsgəndəri "Zülqərneyn"
adlandırıblar?
|
Günlərin bir günü padşah dünyadan köçdü. İsgəndər taxta çıxdı. Elə padşah oldu ki, ad-sanı hər yerə yayıldı. Adı gələndə qonşu padşahlar tir-tir titrəyirdilər. Camaat isə öz hökmdarından razılıq edirdi.
Axırda dəllək bir çuxur qazdı, ağzını çuxura tutub üç dəfə yavaşcadan dedi: "İsgəndərin buynuzu var, buynuzu". Sonra çalanı yenə torpaqla doldurdu.
Vaxt keçdi, həmin yerdən çoxlu qarğı çıxdı. Bir çoban qarğıdan tütək düzəltdi. Hansı havanı çaldısa, tütəkdən səs gəldi ki, "İsgəndərin buynuzu var, buynuzu".
Xəbər İsgəndərə çatanda bildi ki, bu, dəlləyin işidir. Dəlləyi onun hüzuruna gətirdilər.
- Necə olub,sirri hamı bilir? — deyə şah qəzəblə soruşdu.
Oğlan həqiqəti açıb danışdı. İsgəndər baxdı ki, yazıq oğlanın heç bir günahı yoxdur. Onu bağışladı. Həmin vaxtdan hamı onu İsgəndər Zülqərneyn çağırdı.
B
|
Mətndən hansı suallara cavab tapmaq mümkün deyil?
1. İsgəndər hansı elmləri öyrənmişdi? 2. Camaatın İsgəndərə qarşı münasibəti necə idi? 3. Dəlləyin adı nə idi? 4. İsgəndər nə üçün dəlləyi bağışladı? |