3
|
A
|
Cümlədəki hansı sözlər bir-biri ilə əksmənalıdır?
Əgər biz göydə baş verən hadisələri vaxtında öyrənsək, yerdə hər şeyə hazırlıqlı olarıq. |
• Əksmənalı sözlərə antonimlər deyilir. Müəyyən bir fikir və yaxud hissi daha qabarıq, təsirli ifadə etmək üçün antonimlərdən istifadə edilir. |
|
B
|
Yerləri səhv düşmüş antonimləri tapın və atalar sözlərini düzgün yazın.
1. Kiçik danışanı böyük götürər. 2. Az istəyən çoxdan da olar. 3. Cavandan demək, qocadan eşitmək. 4. Yaşın oduna quru da yanar. |
C
|
Nöqtələrin yerinə uyğun sözlər yazmaqla atalar sözlərini tamamlayın.
1. ... xeyrindənsə ... şəri yaxşıdır. (gecənin, gündüzün) 2. Dost min isə ..., düşmən bir isə ... . (çoxdur, azdır) 3. ... danışan ... söz eşitməz. (acı, şirin) 4. ... dostu ... gündə sına. (yaman, yaxşı) 5. ... qane olmayan ... yetişməz. (aza, çoxa) |
A
|
Antonim hesab edilməyən söz cütlərini seçib cümlədə işlədin.
|
• Diqqət edin •
• Elə şəkilçilər var ki, onların köməyi
ilə düzələn sözlər əks məna ifadə edir.
Məsələn:
|
D
|
Mətni oxuyun. Qaraca qız və Ağca xanım obrazlarının müqayisəsi üçün istifadə
olunan antonimləri müəyyənləşdirin.
|
Qaraca qız və Ağca xanım bir müddət diqqətlə bir-birinə nəzər salıb baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı: biri zəngin bəyzadə qızı, digəri isə yoxsul kəndli ailəsindən idi. Biri aciz, hər bir işdə başqasına möhtac, o biri güclü, öz zəhməti ilə yaşayan bir qızcığaz idi.
Ağca xanım ağappaq zərif əlini Qaraca qıza uzatdı. O da kobud barmaqları ilə Ağcanın əlini sıxdı. Ağca xanım buna davam gətirməyib qışqırdı, sonra güldü. Bir az çəkmədi ki, onlar şirin söhbətə başladılar.