Alim və hökmdar isə kənarda dayanıb sakitcə bu mənzərəni seyr edirlər. Səs-küy bitdikdən sonra Tusi Hülakü xana deyir:
- Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişdik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içində idi. Əgər biz göydə baş verən hadisələri vaxtında öyrənsək, yerdə hərşeyə hazırlıqlı olarıq.
Nəsirəddinin sözləri Hülakü xanı inandırır və o, rəsədxananın tikintisinə razılıq verir.
B
|
Mətndə fərqləndirilmiş "inşa" sözünün hansı mənada işləndiyini müəyyən
edin.
a) Düşüncə və bilikləri əks etdirən yazı işi. b) Yaratma, qurma, tikmə. |
C
|
Mətnə aid suallara cavab verin.
1. Rəvayətdə hansı tarixi şəxsiyyətlərin adı çəkilir? 2. Nəsirəddin Tusi Hülakü xandan nə istədi? 3. Nə üçün Hülakü xan əvvəlcə Tusinin təklifini qəbul etmədi? |
Ç
|
Hülakü xan "ulduzlar haqqında elm" dedikdə hansı elmi nəzərdə tuturdu?
|
D
|
"Tusi və Hülakü xan" mətninin rəvayət olduğunu əsaslandırın.
|
E
|
Sizcə, rəvayətdə Tusinin hansı xüsusiyyəti ön plana çəkilib?
|
1-ci qrup:
|
Yalnız sözdə deyil, həm də işdə hikmət sahibi ol.
|
2-ci qrup:
|
Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur.
|
3-cu qrup:
|
Əziyyət çəkib yaxşı iş görsən, əziyyət keçər,
yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.
|