E
|
Verilmiş sitatdan mətnin hansı abzasında istifadə etmək olar?
Fikrinizi əsaslandırın.
Müəllif bu əsərində yazırdı: "İnsan çox danışmamalı, başqasının sözünü kəsməməlidir.
Başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və
onun danışıb qurtarmasına imkan yaratmalıdır. Onun yanında iki adam söhbət
edirsə, özləri müraciət etməsələr, söhbətə qarışmamalıdır".
|
Ə
|
Aşağıdakı məlumatları mətnin hansı yarımbaşlıqlarına aid etmək olar?
1. Həbsdə olarkən alim Ələmut qalasındakı zəngin kitabxanadan istifadə edib. 2. Öz vəsiyyəti ilə Bağdadda dəfn olunmuşdur. 3. Rəsədxananın kitabxanasına müxtəlif şəhərlərdən qiymətli kitablar gətizdirdi. 4. O, ilk təhsilini atasından alıb. |
2
|
A
|
Tarixi şəxsiyyətlər haqqında oxuduğunuz rəvayətləri xatırlayın. Rəvayət nağıldan
və əfsanədən nə ilə fərqlənir?
TUSİ VƏ HÜLAKÜ XAN
Deyilənə görə, Tusi Hülakü xandan Marağada rəsədxana
inşa etmək üçün icazə istəyir. O, tikintiyə lazım olan xərci Hülakü xana bildirir.
Məbləğ kifayət qədər böyük idi. Hökmdar təəccüblənir:
- Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?
|