Rəsədxananın layihəsi memar Fəxrəddin Marağayi tərəfindən hazırlanır. Üç il sonra Marağa şəhərində Şərqin ilk rəsədxanası tikilir. Tusi az müddətdə Günəş sistemini müşahidə etmək üçün astronomik cihazlar hazırlayır. Rəsədxanada araşdırmalar aparmaq üçün müxtəlif ölkələrdən alimlər dəvət edir. Rəsədxanada eyni zamanda 400 min kitab saxlanan kitabxana və məktəb fəaliyyət göstərirdi. |
Ömrünün son illəri
Ömrünün son illərini Bağdadda keçirən Nəsirəddin Tusi 73 yaşında burada vəfat edir. Onun qəbrinin üstündə bu sözlər yazılmışdır: "Elmin köməkçisi, elm ölkəsinin padşahı. Belə oğul hələ doğulmamışdır".
B
|
Mətnin birinci abzasında "ocaq" sözünün hansı mənada işləndiyini müəyyən
edin.
a) od yandırmaq üçün yer b) müqəddəs yer, ziyarətgah c) doğma ev, ata yurdu d) mərkəz, adamların toplaşdığı yer
Sizcə, bu mənalardan hansı "ocaq" sözünün həqiqi mənasıdır?
Cavabınızı əsaslandırın. |
C
|
Verilmiş frazeoloji ifadələrin mənasını təxmin edin.
• ocağı sönmək • özgə
ocağına isinmək • su
üstündə ocaq qalamaq
• ocağından tüstü çıxmamaq • ocağını kor qoymaq |
Ç
|
"Ensiklopedik biliklər" ifadəsinin mənasını mətnə əsasən izah edin.
|
D
|
Mətndəki məlumatlardan çıxış edərək aşağıdakı hadisələrin tarixini
müəyyənləşdirin.
|