Elə əsərlər də var ki, müəllifi məlum deyil. Onlar şifahi xalq ədəbiyyatı nümunələri sayılır; məsələn: nağıl, rəvayət, dastan, lətifə və s. Bu cür əsərlərdə də bəzən tarixi şəxsiyyət obrazlarına rast gəlmək mümkündür. Bu əsərlər tarixi həqiqətdən çox uzaq olsa da, orada həmin şəxsiyyətlərin xarakteri, davranışları və xalqın bu şəxsiyyətə münasibəti aydın hiss olunur.
Bir sıra əsər qəhrəmanlarının tarixi şəxsiyyət, yoxsa, sadəcə, bədii obraz olması alimlər arasında mübahisə doğurur. Bir çox mənbələrdə dastan qəhrəmanları Dədə Qorqudun, Koroğlunun tarixi şəxsiyyət olması barədə fikirlər irəli sürülür.
Hər bir xalq öz tarixi ilə fəxr edir və tarixdə iz qoymuş görkəmli şəxsiyyətlərini yaddaşlarda yaşatmağa çalışır. |
|
B
|
Yaddaş xəritəsindən istifadə etməklə mətni nəql edin.
|
C
|
"Ya eşşək ölər, ya şah" lətifəsini dinləyin və mətndəki əsas obrazları
müəyyən edin.
|
Ç
|
Təsəvvür edin ki, Molla Nəsrəddin lətifələrinin qəhrəmanı haqqında araşdırma
aparırsınız. Aşağıdakı məlumatları əldə etmisiniz:
|
D
Müzakirə
|
Tarixi şəxsiyyətlərin həyatını araşdırmaq bizə nə verir?
|
E
|
"Nəyə görə doğma yurdumun tarixini öyrənməliyəm?" mövzusunda esse yazın.
|