4
|
A
|
Hansı cümlədə fikir daha qüvvətli ifadə olunub? Səbəbini izah edin.
|
Məsələn: |
Gözəl havadır.
Nə gözəl havadır! |
Sən oxuya bilirsən.
Axı sən oxuya bilirsən! |
B
|
Tərkibindəki hansı söz çıxarılsa, cümlələrin təsir gücü azalar?
|
C
|
Verilmiş ədatları nöqtələrin yerinə artıraraq cümlələri köçürün.
ancaq qoy -ca əsl -mı
1. ... həmişə başımızın üzərində parlaq günəş şölə saçsın! 2. Akvariumda xırda ... balıqlar göz oxşayırdı. 3. Günortaya qədər işimizi qurtara bilərik ... ? 4. Bu ... mən istəyən oyun oldu. 5. Bu işi sinifdə ... sən bacara bilərsən. |
Ç
|
Fərqləndirilmiş ədatları mötərizədə verilən uyğun ədatlarla əvəz edib köçürün.
(bircə, elə, nə, olduqca, bəs)
1. Çiçəklər necə gözəl ətir saçır. 2. Məgər sizin sinif bugünkü yarışa qatılmır? 3. Məhz bu çıxışa görə aktyora yüksək mükafat verildi. 4. Dünən baxdığımız film lap maraqlı idi. 5. Şagirdlərdən yalnız Əhməd imlanı vaxtında bitirə bildi. |