3
|
A
|
Verilmiş cümlələri müqayisə edin. Hansı cümlədə sevinc hissi daha qabarıq
ifadə olunub?
1. Səyahətçilər çox sevindilər. 2. Səyahətçilər sevincdən yerə-göyə sığmırdılar. |
B
|
Cümlələrdəki mübaliğəni müəyyən edin.
1. Səmada görünən göyqurşağı min rəngə çalırdı.
2. Koroğlunun nərəsindən dağ-daş lərzəyə gəldi. 3. Hər tərəfə od ələyən günəş batmaqda idi. 4. Ana qaranquşun səsindən yer-göy titrədi. |
C
|
"Kitabi-Dədə Qorqud"dan verilən nümunələrdəki mübaliğəni müəyyən
edin. Sizcə, mübaliğədən hansı məqsədlə istifadə olunmuşdur?
1. Qaraca Çoban sapandı ilə məşhur idi. Sapanda hər daş qoyub atanda iki-üç
düşməni atdan salırdı. O, üç yüz düşməni birdəfəyə yerə yıxırdı. Daş qurtaranda
qoyunları sapanda qoyub atırdı.
2. Qazan xan Qaraca Çobanı ağaca sarıyır. Çoban güc verib ağacı kökündən
çıxarır.
O, ağac belində yola düzəlir.
|
C
|
Nöqtələrin yerinə aşağıda verilmiş uyğun nümunələr yazaraq mübaliğə yaradın.
1. O qədər qarışqa var idi ki, ... . 2. Dəftərini itirən qızcığazın göz yaşı ... . 3. Yağış elə yağırdı ki, ... . 4. Ayının qorxusundan tülkünün ... .
|