2
|
A
|
Mətnin başlığını oxuyun. Sizcə, bu mətndə nədən danışılır?
|
NƏYƏ GÖRƏ
“AMERİKA”?
Dilimizdə bir ifadə var:
"Amerika açmaq". Bəzən kimsə hamıya bəlli olan xəbəri
yenilik kimi təqdim edəndə istehza ilə deyirik: "Bu da
mənə Amerika açır". Bu ifadəni elə Kolumba da aid
etmək olar. Çünki Amerika qitəsinin kəşfi ilə bağlı
müxtəlif fikirlər mövcuddur.
Bəzi alimlərin fikrincə, bu torpağa ilk dəfə Sibir türkləri ayaq basıb. Onlar 25-30 min il bundan əvvəl Amerikada məskunlaşıblar. Amerika alimləri artıq bu faktı sübuta yetiriblər. Onların araşdırmalarına görə, burada yaşayan bir çox hindu tayfaları ilə bəzi Sibir türkləri eyni soy-kökə mənsubdurlar. Həmin hindu tayfalarının dilində bəzi türk sözlərinin işlədilməsi də bu fikri təsdiqləyir. Amerikaya ayaq basan ilk avropalıları - vikinqləri də pioner hesab etmək olar. Onlara islandiyalı Leyf Erikson başçılıq edib. Bu hadisə Xristofor Kolumbdan 500 il əvvəl baş verib. Leyf Amerikada rast gəldiyi torpaqlara müxtəlif adlar verib: Meşə ölkəsi, Yastı ölkə və s. Amerikada vikinqlərin yaşayış məskənləri tapılıb. Bu səbəbdən Amerikanın kəşfini Leyf Eriksonun adı ilə də bağlayırlar. Amerikanın müxtəlif dövrlərdə çinlilər, irlandlar tərəfindən aşkar edilməsi haqqında da fərziyyələr söylənilir. Hətta XIV əsrdə ərəblərin də Amerikanı kəşf etdiyini deyənlər var. Amma bütün bu fikirlər sübut olunmadığı üçün fərziyyə olaraq qalır. |
Bütün bunlara baxmayaraq, tarixdə Amerikanın kəşfi Xristofor Kolumbun adı ilə bağlıdır. Çünki məhz onun təşkil etdiyi ekspedisiyalardan sonra avropalılar okeandan o tərəfdə mövcud olan torpaqlardan xəbər tutdular. |
• Söz boğçası •
• soy-kök
• pioner • təkidlə • vikinq • fərziyyə |
|||
Bəs niyə kəşf etdiyi materikə Kolumbun adı Kolumb Amerikaya səyahət edərkən heyət üzvləri |