Kolumb yerli əhali haqqında yazırdı:
"Buradakı insanlar hündürboylu və yaraşıqlı idilər. Dəriləri gümüşü rəngə çalırdı. Əyinlərində paltar yox idi. Çılpaq gəzirdilər. Onlara qılınc göstərdim. Tiyəsindən tutdular, əllərini yaraladılar. Çünki nədəmir, nə də qılınc görmüşdülər".
Hazırda həmin gün Amerikanın kəşfi günü kimi bayram edilir.
Düzdür, Kolumb Hindistana gedən dəniz yolunu tapa bilmədi. Amma İspaniyaya yeni-yeni torpaqlar, tükənməz sərvət bəxş etdi.
• Söz boğçası •
|
• ədviyyat • vəsait • ekspedisiya • səyyah • zənn etmək |
B
|
Hansı fikir yanlışdır?
A. XV əsrdə avropalılar Amerika qitəsinin mövcudluğundan xəbərsiz idilər. B. Kolumb Amerikanı tapmaq üçün ekspedisiya təşkil etdi. C. Kolumb Yerin kürə şəklində olduğunu bilirdi. D. Kolumbun Yer kürəsinin ölçüləri barədə dəqiq təsəvvürü yox idi. |
C
|
Mətnə istinad etməklə cümlələri tamamlayın.
1. Hindistan avropalıları cəlb edirdi, çünki ... . 2. Avropalılar Hindistana gedən dəniz yolunu tapmaq istəyirdilər, çünki ... . 3. Kolumb Hindistana çatmaq üçün qərbə doğru yola düşdü, çünki ... . |
Ç
|
Lüğətin köməyi ilə "ekspedisiya" və "səyahət" sözləri arasındakı məna fərqini
müəyyən edin.
|
D
|
Fərqləndirilmiş "vəsait" sözü mətndə hansı mənada işlənmişdir?
a. Hər hansı ideyanı, layihəni həyata keçirmək üçün ayrılmış pul. b. Tədris zamanı istifadə olunan kitab. |
E
|
Verilən izah söz boğçasındakı hansı sözə aiddir?
Xüsusi dad, xoş iy, bəzən də rəng vermək üçün xörəyə, şirniyyata qatılır. |
Ə
|
Sizcə, Kolumb yeni torpağa bayraq sancmaqla nə demək istəyirdi?
|
F
|
Hindistan əhalisi bu ölkənin adı ilə hindlilər adlandırılır. Bəs nə üçün
Amerikanın yerli əhalisi "hindi" və yaxud "hindu" adlandırılır?
|