|
3
|
AMERİKANIN KƏŞFİ
|
1
|
A
|
Xəritədə Amerika qitəsini göstərin. Bu qitə haqqında bildiklərinizi danışın.
Avropa ilə Amerika arasında hansı okean var?
|
Cəsur səyyah Xristofor Kolumb bu məqsədlə səyahət planı hazırladı. O, italyan əsilli dənizçi idi. Ömrünün çox hissəsini səyahətlərə həsr etdiyinə görə zəngin dünyagörüşünə malik idi. Ona məlum idi ki, Hindistan Avropadan şərqdə yerləşir. Kolumb onu da bilirdi ki, Yer kürə şəklindədir. Deməli, okeanla qərbə doğru üzməklə Yerin ətrafına fırlanıb şərqdəki istənilən ölkəyə gedib çıxmaq olar.
Kolumb öz planını İspaniya kraliçasına təqdim etdi. Kraliça onun fikrini bəyəndi və ekspedisiya üçün vəsait ayırdı. Kolumb hazırlıqlara başladı.
1492-ci ilin avqust ayı... Kolumb üç gəmi ilə İspaniyadan səyahətə çıxdı. Heyət 90 nəfərdən ibarət idi. Gəmilər Atlantik okeanı ilə gecə-gündüz üzdü. Beş həftədən artıq vaxt keçmişdi. Kolumbun hesablamalarına görə, onlar artıq uzaq Asiyaya çatmalı idilər. Amma torpaq görünmürdü. Səyahətçilərin quruya çıxmağa ümidləri qalmamışdı. Lakin Kolumb onları ruhdan düşməyə qoymurdu. Tezliklə möcüzələr diyarına - zəngin Hindistana çatacaqlarına inandırırdı.
Oktyabr ayının 12-də gecəyarısı heyət üzvlərindən birinin "Torpaq!" deyə ucadan qışqırması hər şeyi dəyişdi. Yeni torpaq kəşf edilmişdi. Səyahətçilər çox sevindilər. Kolumb gəmidən düşərək həmin əraziyə İspaniyanın bayrağını sancdı. Bura Amerikanın San-Salvador adası idi. Amma Kolumb ayaq basdığı torpağı Hindistan, əhalini isə hindlilər zənn etdi. Yerli əhali isə gələn insanları təəccüb və qorxu ilə qarşıladı. Onlar avropalılarla müqayisədə çox geridə qalmışdılar.