3
|
A
|
Mətni oxuyun, sualları cavablandırın.
|
İstənilən rekorda imza atmaqla insan öz qeyri-adi bacarığını nümayiş etdirir. Əlbəttə, bu çox sevindirici və qürurverici haldır. Ancaq, məncə, əsas məsələ qarşına məqsəd qoyub özünə nəyi isə sübut etməkdir.
Bir dəfə atam mənim kompüterdə yazdığımı görüb bir mətn verdi ki, üzündən köçürüm. Sonra saatına baxıb "start" işarəsi verdi. Bir dəqiqədən sonra: "Saxla,"-dedi. Məlum oldu ki, kompüterdə yazı sürətim dəqiqədə 160 işarədir. - Pis deyil, - atam dedi. - Məşq eləsən, peşəkarlara çata bilərsən. - Peşəkarların sürəti nə qədərdir ki? - Dəqiqədə 400 işarə. O gündən qarşıma hədəf qoydum, hər gün saata baxaraq 5-6 səhifə mətn köçürdüm. İndi mən klaviaturaya baxmadan on barmaqla dəqiqədə 280 işarə sürəti ilə mətn yığa bilirəm. Mən Ginnesin rekordlar kitabına düşmək iddiasında deyiləm. Sadəcə, hər həftə rekordumu yeniləmək özümə olan inamımı artırır. Bilmirəm, bu bacarıq mənə həyatda lazım olacaqmı? Amma bir şeyi dəqiq bilirəm: mən qarşıma qoyduğum məqsədə nail olmağı bacarıram. Əsas məsələ də elə budur: iradə və özünəinam. Rafiq İsmayılov
|
|
• |
Müəyyən hadisə, fakt və ya problemlə bağlı müəllifin fikirlərini əks etdirən
yazı esse
adlanır. Esse yazmaqda əsas məqsəd verilmiş mövzuya münasibət bildirməkdir.
|
B
|
Məlumatlardan istifadə edərək esse yazın.
Başlıq: Tarixdə rekord və kəşflər
Əsas məsələ: Rekord və kəşflər olmasaydı, dünya inkişaf edərdimi?
Məsələyə münasibət: İnsanlar rekord və kəşflərə can atmasaydı, dünyada heç bir yenilik olmazdı.
Əsaslandırma: Tarixdəki məşhur ixtira, kəşfvə rekordlardan bir-iki örnək.
|