6 Ginnesin "Dünya
rekordları" kitabına düşmək iddiasında
olan şəxs əvvəlcə bu şirkətin internet saytına müraciət
etməlidir. Saytda qaydalarla tanış olmaq və qeydiyyatdan
keçmək lazımdır. Namizədin məlumatları 4
həftə ərzində araşdırılır. Sonra o hansısa sahədə ən yüksək
nəticə göstərdiyini nümayiş etdirir. Bu nümayişdə
mütləq Ginnes şirkətinin nümayəndəsi iştirak etməlidir.
Rekord təsdiq olunarsa, ilkə imza atan şəxsə sertifikat
göndərilir.
7 Özündə qeyri-adi
bacarığın olduğuna inanan hər kəs
Ginnesin rekordlar kitabına düşmək üçün cəhd edə bilər.
•
Söz boğçası •
• mötəbər • sorğu kitabı
• iddia etmək •
sertifikat
• işıq üzü görmək •
namizəd • qeydiyyat •
təsisçi
|
B
|
Ginnesin "Dünya rekordları" kitabı ilə bağlı düzgün fikri müəyyən edin.
A. Ginnes kitab üçün rekordlar haqqında məlumat toplayan şəxsin adıdır. B. Kitabın ilk nəşri uğurla satıldı. C. Kitab dünyanın 37 ölkəsində nəşr olunur. D. Kitaba müraciət edən hər bir şəxsə sertifikat verilir. |
C
|
Mətndə hansı suala cavab yoxdur?
A. Rekordlar kitabının yaradılması ideyası kimə məxsusdur? B. Bu kitab hansı rekordlara imza atıb? C. Ginnesin "Dünya rekordlarına hansı azərbaycanlılar düşüb? |
Ç
|
Mətndən seçilmiş cümləni oxuyun. Bu cümlədə hansı ifadə məcazi mənada
işlənmişdir? Fikrinizi əsaslandırın.
Beləliklə, 1955-ci ildə dünya rekordları haqqında 198 səhifəlik ilk sorğu
kitabı işıq üzü görür. |
D
|
Bunlardan biri sorğu kitabı sayılmır.
a) izahlı lüğət b) hekayələr toplusu c) ensiklopediya |
E
|
"Mötəbər mənbə" ifadəsini izah edin.
|