4
|
A
|
Lüğətin köməyi ilə cümlədə altından xətt çəkilmiş sözləri izah edin.
Hüseynqulu həvəslə bu təklifə qoşuldu.
Aşağıdakı xüsusiyyətlərin hansı sözə aid olduğunu müəyyən edin.
A) Mücərrəd isimdir, təkdədir, quruluşca sadədir, yönlük haldadır. B) Feildir, keçmiş zamandadır, 3-cü şəxsin təkinə aiddir. C) Zərfdir, hərəkətin tərzini bildirir, quruluşca düzəltmədir. |
B
|
Cümlələrdə fərqləndirilmiş sözlərin leksik və qrammatik mənalarını izah edin.
1. Qıpqırmızı güllər bağçaya yaraşıq verirdi.
2. Komandamızın oyunçuları sarımtıl geyimdə çıxış edirdilər. 3. Həyətdə çoxlu uşaq var idi. 4. Babam və mən tez-tez dənizin sahilində dincəlirik. |
C
|
Cümlədəki sözləri cədvəl üzrə qruplaşdırın.
1. Vay-vay, səhərə qədər hava düzəlməz ki?
2. Aydan və Sevda parka tərəf getdilər. 3. Axı gecikərik, bəlkə, sən də Arzu ilə gələsən?
|