obraz - əsərdəki hadisələrin iştirakçısı; surət. Həmçinin bax: baş qəhrəman.
omonimlər - deyilişi və yazılışı eyni, mənaca tamamilə fərqli olan sözlər; məsələn: buruq - neft
quyusu və buruq - qıvrım, burulmuş.
sait - tələffüz zamanı ağız boşluğunda müəyyən maneəyə rast gəlməyən danışıq səsləri: a, e, ə, ı,
i, o, ö, u, ü.
samit - tələffüz zamanı ağız boşluğunda müəyyən maneələrə rast gələn danışıq səsləri,
səs- şifahi nitqdə sözü təşkil edən, ayrıca tələffüz oluna bilən elementlərdən biri; nitq vahidi, sıra sayı -
əşyanın sırasını bildirən və neçənci? sualına cavab verən say; məsələn: dördüncü, otuzuncu, sonuncu.
sifət - varlığın əlamət və ya keyfiyyətini bildirən nitq hissəsi.
sinonimlər - yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlər;
məsələn: şir - aslan; qoçaq - cəsur və s.
sitat - öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən gətirilən
dəqiq çıxarışlar; məsələn: M.Ə.Rəsulzadə demişdir: "Bir kərə yüksələn bayraq bir daha enməz!"
söz - səslərin birləşməsindən əmələ gələrək müəyyən məna bildirən nitq vahidi; kəlmə.
söz birləşməsi - iki və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsi; məsələn: ana
laylası, gözəl insan.
sual əvəzlikləri - varlıq, onun əlaməti, miqdarı, hərəkəti və s. haqqında sual bildirən
əvəzliklər: kim? nə? hansı? necə? neçə? hara? nə qədər? nə vaxt? və s.
şəxs əvəzlikləri - ismi əvəz edən, kim? nə? suallarından birinə cavab verən əvəzliklər: mən, sən,
o, biz, siz, onlar.
şəxsləndirmə - əsərlərdə insana xas keyfiyyətlərin cansız varlıqlara və ya heyvanlara aid
edilməsi; məsələn, təmsillərdə quş və heyvan obrazları şəxsləndirilir.
şəkilçi - sözün ayrılıqda işlənməyən, leksik mənaya malik olmayan hissəsi: şəhər-lər-in.
termin - müxtəlif elm və peşə sahələri ilə bağlı olan sözlər; məsələn: operetta, akvarel, kvadrat
və s.
təmsil - insanlara xas olan mənfi və müsbət cəhətləri ayrı-ayrı əşya, bitki və heyvanların
timsalında əks etdirən kiçik əsər.
tire - yazıda (əsasən, dialoqlarda) istifadə olunan üfüqi xətt şəklində durğu işarəsi (-).
üç nöqtə - fikrin bitmədiyini bildirən durğu işarəsi (...).
ümumi isim - eynicinsli əşyaları bildirən isim; məs.: kitab, don, su, məhəbbət, həyat.
vergül - sözləri, cümlənin tərkib hissələrini ayıran, nitqdə fasiləni vurğulayan durğu işarəsi
(,).
zərf - hərəkətin tərzini, zamanını, miqdarını, yerini və s. bildirən əsas nitq hissəsi.