4
|
* * *
Opera 1908-ci il yanvar ayının 12-də səhnəyə qoyuldu. Tamaşanın rejissoru Hüseyn Ərəblinski idi. Üzeyir Hacıbəyli isə orkestrə dirijorluq etməli idi. Lakin orkestrdə skripka çalan olmadığına görə Üzeyir bəy özü skripkada çalmalı oldu. |
|||
Dirijorluq isə gənc yazıçı Əbdürrəhim bəy Haqverdiyevə həvalə edildi. Bu işdə təcrübəsi olmasa da, o, vəzifəsinin öhdəsindən məharətlə gəldi. * * *
|
5
|
Əbdürrəhman Fərəcov ilk çıxışdan sonra qadın rolunu oynamaqdan boyun qaçırdı. Sonralar uzun müddət Leyli rolunda Əhməd Ağdamski çıxış etdi. 1924-cü ildə isə bu rolun ilk qadın ifaçısı Sona Hacıyeva səhnəyə çıxdı. Operanın ilk dəfə səhnəyə qoyulmasından yüz ildən artıq vaxt keçib. Bu gün də Üzeyir bəyin bu ölməz əsəri ürəkləri fəth edir. |
•
Söz boğçası •
• opera
• köşk • qrim • zümzümə • həvalə etmək • dirijorluq |
Ç
|
Mətnə əsasən fikirlərin düzgün və ya yanlış olduğunu müəyyən edin.
1. Kiçik səhnəcik opera yaratmaq ideyasına səbəb oldu.
2. Üzeyir bəy Hüseynqulu Sarabski ilə söhbətdən sonra opera yazmaq fikrinə düşdü. 3. Leyli rolunun ilk ifaçısı hər tamaşada alqışlarla qarşılandı. 4. Operanın tamaşaya qoyulduğu ilk 16 ildə Leyli rolunu kişi aktyorlar ifa etdilər. |
D
|
Verilmiş yarımbaşlıqların mətnin hansı hissəsinə aid olduğunu müəyyən edin.
Fikrinizi əsaslandırın.
|
E
|
Mətndə altından xətt çəkilmiş cümlələri bir daha oxuyun.
Buradakı məlumatlardan hansı nəticələrə gəlmək olar?
NÜMUNƏ
|