savanna is. - seyrək ağacları və kolluqları olan geniş düzənlik. sensasiya is. - qeyri-adi, gözlənilməz, böyük təsir oyadan hadisə. sensor is. - xarici mühitdə baş verən dəyişikliyi (işıq, temperatur, təmas və s.) dərhal hiss edən element, qəbuledici. sertifikat is. - hər hansı ixtisas üzrə təhsil almış şəxsə verilən şəhadətnamə. səfir is. - bir dövlətin digər dövlətdə olan səlahiyyətli nümayəndəsi, elçisi. sələf is. - hər hansı bir sahədə daha əvvəl fəaliyyət göstərmiş, başqaları üçün örnək olmuş şəxs. səyyah is. - səyahət edən adam. sıradan çıxmaq fr. - korlanmaq, xarab olmaq, yararsız hala düşmək. siluet is. - fiqurların əlavə detallarsız, yalnız kənar cizgilərinin birrəngli təsviri. simic sif. - xəsis. siyasətçi is. - dövlətin daxili və ya beynəlxalq münasibət məsələləri ilə məşğul olan adam. skan etmək f. - hər hansı yazını və ya təsviri xüsusi elektron qurğu - skaner vasitəsilə kompüterin yaddaşına köçürmək. sorğu kitabı - məlumat və bilgilərin əlifba sırası ilə və ya mövzular üzrə tərtib edildiyi kitab-lüğət, ensiklopediya vəs. soy-kök is. - nəsil-nəcabət. sükan is. - nəqliyyat vasitəsini lazımi istiqamətə yönəltmək üçün xüsusi qurğu. süni sif. - insan əli ilə düzəldilmiş, təbii olmayan. şahin is. -əyridimdikli yırtıcı quş. taxta çıxmaq fr. - hakimiyyətə gəlmək. tədarük is. - bir iş üçün əvvəlcədən görülən hazırlıq, ehtiyat. tədqiqat is. - müəyyən mövzu və ya problemlə bağlı araşdırma. təfəkkür is. - düşünmək, nəticə çıxarmaq bacarığı. təkid is. - bir şeyi dönə-dönə tələb etmə; israr. |
təmkin is. - özünü ələ ala bilmə bacarığı, soyuqqanlılıq. tənə is.-danlaq, məzəmmət. təsisçi is.- hər hansı müəssisəni, şirkəti yaradan şəxs. təşrif is. - öz gəlişi ilə bir şəxsi və ya yeri şərəfləndirmə. ticarət is. - mal alıb-satma, alver, alqı-satqı. toppuz is. - silah növü, başı girdə çomaq, dəyənək. totem is. - qədimdə tayfa və qəbilələrin sitayiş etdiyi və nəslin əcdadı və ya xilaskarı saydığı heyvan, bitki, əşya və ya təbiət hadisəsi. tuluq is. - içində maye, yağ və s. saxlamaq üçün qab kimi işlədilən qoyun və ya keçi dərisi. tuş gəlmək fr. - rast olmaq, qarşısına çıxmaq. uzaqgörən sif. - bir şeyin nəticəsini qabaqcadan görməyi bacaran, müdrik, tədbirli. valehedici sif. - öz gözəlliyi, təravəti ilə insana zövq verən, məftun edən. varis is. - bir şəxsin ölümündən sonra onun var və mülkünə sahib olan adam. vəsait is. - müəyyən məqsədlər üçün nəzərdə tutulan pul, maliyyə. vəsiyyət is. - bir şəxsin ölümdən qabaq öz övladına, yaxud yaxınlarına verdiyi tapşırıq, məsləhət, son sözü. vikinq is. - qədimdə Avropanın bəzi şimal ölkələrində dəniz döyüşçüsü. virus is. -yoluxucu xəstəlik törədən mikrob. vunderkind is. - qeyri-adi qabiliyyəti, istedadı olan uşaq. yal is. - itə verilən yemək. yalaq is. - itə yal tökmək üçün çuxur və ya qab. zənn etmək f. - güman etmək, ehtimal etmək, düşünmək. zümzümə is.-yavaş səslə dodaqaltı oxuma. |