müqaviməti. imperator is. - imperiya hökmdarının - monarxın titulu. imza atmaq fr. - bir şeyin müəllifi olmaq; fəaliyyəti ilə dönüş yaratmaq. intellekt is. - ağıl, düşüncə, şüur; mühakimə və idrak fəaliyyəti. işıq üzü görmək fr. - çapdan çıxmaq, nəşr olunmaq. kəkələmək f. - nə deyəcəyini bilməyib dili çaşmaq. knyaz is. - qədim Rusiyada və bəzi digər xalqlarda tayfa başçısı, qoşun rəhbəri. konserv is. - xüsusi üsullarla hazırlanaraq kip bağlanmış bankalara doldurulmuş qida məhsulları. köşk is. -xırda alver üçün kiçik tikili. qara basmaq fr. - gözünə əcaib, qorxulu, xəyali şeylər görünmək. qarğı is. - sulaq yerlərdə bitən uzun, içiboş gövdəli, bitki; qamış. qeydiyyat is. - qeydə alma, qeyd etmə. qəbilə is. - qədimdə bir soydan törəmiş tayfa, nəsil. qrim is. - teatr və kinoda kosmetik vasitələrlə aktyorların üz cizgilərinin dəyişdirilməsi, obraza uyğunlaşdırılması. laboratoriya is. - elmi təcrübələr üçün xüsusi təchiz olunmuş bina, otaq. libas is. -geyim, paltar. madmazel is. - bir sıra Avropa xalqlarında kübar qızların, yaxud subay qadınların adlarına qoşulan söz; xanım. malikanə is. - dəbədəbəli ev və torpaq sahəsindən ibarət kompleks yaşayış sahəsi. manevr etmək f. - düşmənə zərbə endirmək məqsədilə ordunun aldadıcı hərəkətlər etməsi. marşrut is. -qabaqcadan müəyyən olunmuş xətt üzrə bir məntəqədən digər məntəqəyə qədər gedilən yol. mexaniki sif. - düşünmədən yerinə yetirilən, qeyri-iradi. meqapolis is. - bir-birinə yaxın yaşayış məntəqələrinin birləşməsindən yaranmış |
nəhəng şəhər. məğmun sif. - aldanmış, zərər çəkmiş, uduzmuş. məhbus is. - həbs olunmuş; dustaq. məkan is. - yer, yurd. mənsəb is. - çayın dənizə, gölə və ya başqa çaya töküldüyü yer. məntəqə is. - hər hansı bir məqsəd üçün istifadə olunan yer. məzun is. - hər hansı bir məktəbi bitirmiş tələbə, şagird. mötəbər sif. -etibarlı, inanılan, hörmətli. mükəmməl sif. - heç bir qüsuru, nöqsanı olmayan; kamil. mülk is. - birinə məxsus torpaq sahəsi və ya tikili, malikanə. münasib sif.-uyğun, müvafiq. namizəd is. - bir vəzifəyə seçilmək üçün adı göstərilən şəxs. nitqi tutulmaq fr. - təəccüb, heyrət içində qalıb danışa bilməmək. nizami sif. - mütəşəkkil, müntəzəm. opera is. - orkestrin müşayiəti ilə səhnədə ifa olunan musiqili dram əsəri. orqan is. - canlı orqanizmlərdə bir və ya bir neçə vəzifəni yerinə yetirən hissə. örnək is. - nümunə, misal. özünü itirmək fr. -çaşmaq, çətin vəziyyətdə nə edəcəyini bilməmək. pandemiya is. -yoluxucu xəstəliyin böyük əraziyə yayılması, bir çox ölkələri əhatə etməsi. peyvənd is. - yoluxucu xəstəliyin qarşısını almaq və ya zəiflətmək üçün bədənə yeridilən dərman, vaksin. pioner is. - yeni, tədqiq olunmamış sahə ilə məşğul olan, heç kimin tanımadığı əraziyə ilk dəfə qədəm basan şəxs. proqram is. -görüləcək işin planı. rejim is. -yerinə yetiriləcək işlərin zaman baxımından planlaşdırılması. rekord is. - müəyyən bir sahədə qeydə alınan ən yüksək nailiyyət. robot is. - süni intellektlə təchiz olunmuş ağıllı maşın. |