Dil qaydaları |
DURĞU İŞARƏLƏRİ |
4
|
A
|
Nümunələr əsasında o,bu
əvəzliklərindən sonra
vergülün işlənmə qaydasını
izah edin.
|
1. O oxuyur və yazır.
2. O, sərgidəki kitablar haqqında məlumat verir. 3. Bu qadın Əhmədin anasıdır. 4. O qız bizim binada yaşayır. 5. O bizə hər şeyi izah edəcək. 6. O, qırmızı gülləri çox sevir. |
B
|
Uyğun yerlərdə vergülü əlavə etməklə cümlələri köçürün.
1. Unutma Aydan sabah səhər görüşməliyik. 2. O gülür əylənir rəqs edirdi. 3. Bir sözlə nəticələr çox yaxşıdır. 4. Murad Elşən Tahir eyni komandada oynayırlar. 5. Biz elə izah etməliyik ki onlar anlaya bilsinlər. 6. Araz sən bunu bilmirsən? |
C
|
Verilmiş nümunələrdə üç nöqtənin funksiyasını izah edin.
1. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir... (Heydər Əliyev) 2. Dayan, dayan. Sənə sözüm var... 3. Mən... Mən... Mən bunu bacarmaram. |
Ç
|
İxtisar edilmiş və rəqəmlə yazılmış sözləri tam ifadə etməklə cümlələri
oxuyun.
|
• Nümunə •
|
Yazılış: A.Şaiqin doğum tarixi və yeri: 14.02.1881, Tiflis şəh. Oxunuş: Abdulla Şaiqin doğum tarixi və yeri: 1881-ci il fevralın 14-ü, Tiflis şəhəri. |
D
|
Cümlələrdə çatışmayan durğu işarələrini müəyyən edin.
1. Uşaqlar İxtiralar adlı divar qəzeti tərtib etdilər. 2. Arzu öz-özünə düşündü: Mən qalib olmalıyam. 3. Jül Vernin Hava şarında beş həftə əsəri maraqlı idi. 4. Dünən kinoteatrda Sehrli xalat filmi nümayiş olundu. |