O dövrdə İngiltərədə Eduard Cenner adında bir həkim yaşayırdı. O, təbii çiçək xəstəliyinə qarşı dərman tapmağa çalışırdı. Buna görə də çiçək xəstəliyinin geniş yayıldığı yerlərdə müşahidələr aparırdı. Cenner aşkar etdi ki, inək sağan qadınlar bu epidemiyaya yoluxmurlar. Məlum oldu ki, inəklərdə də çiçək xəstəliyi olur. Amma inək çiçəyi təbii çiçək xəstəliyindən yüngül keçir.
Cenner aydınlaşdırdı ki, inək südü sağıcı qadınların əllərindəki çatlara hopur. Nəticədə onlar insan üçün təhlükəli olmayan inək çiçəyinə yoluxurlar. Bu, qadınlarda təbii çiçəyə qarşı immunitet yaradır. Buna əsaslanan Cenner inək çiçəyi virusundan peyvənd hazırladı. İlk peyvənd 1796-cı il mayın 14-də insanlara tətbiq edildi. Təcrübə uğurlu alındı. Beləliklə, Cennerin adı dünya tarixinə peyvəndin ixtiraçısı kimi düşdü. Onun sayəsində milyonlarla insan ölümcül epidemiyadan xilas oldu. |
• Bu, maraqlıdır.
Peyvəndin dünyada qəbul edilmiş adı vaksindir.
"Vaksin" latın sözü olan "vakka"dan yaranıb və "inək mənşəli" mənasını verir. |
B
|
Mətnə istinad edərək epidemiya və pandemiya sözlərinin fərqini
izah edin.
|
C
|
Düzgün, yoxsa yanlış?
1. Heyvanlar da çiçək xəstəliyinə tutulur. 2. İnsan çiçək xəstəliyinə bir neçə dəfə yoluxa bilər. 3. XVIII əsrdən başlayaraq çiçəyə qarşı peyvənd tətbiq edildi. 4. İlk peyvəndin nəticəsi uğursuz oldu. |
Ç
|
Mətnin məzmununa görə ardıcıllığı müəyyən edin.
Yarımbaşlıqları mətnin hissələri ilə uyğunlaşdırın.
|
D
|
Mətnin giriş hissəsindən əsas hissəsinə keçid yaradan cümləni seçin.
Fikrinizi əsaslandırın.
1. Görəsən, Eduard Cenner kim olmuşdur? 2. Bəs insanlar bu xəstəlikdən necə xilas oldular? 3. Peyvəndin insanlara faydası oldumu? |
E
|
"Peyvəndin ixtirası" mətnini yazmaqda müəllifin məqsədi nədir?
|
Ə
|
Mətnin məzmununu üç cümlə ilə ifadə edib yazın.
|