• Bu, maraqlıdır.
1717-ci ildə İngiltərənin Türkiyədəki
səfirinin xanımı Meri Montagü yerli
əhalinin mədəniyyəti, həyat tərzi ilə
yaxından tanış olmuşdu. O öz
yaxınlarına burada gördükləri və
eşitdikləri barədə məktublar yazmışdı.
Bu məktublardan aydın olur ki,
məhz həmin vaxt türklər çiçək xəstəliyinə
qarşı peyvənd etməyi bilirlərmiş.
O özünü və oğlunu da məhz
burada peyvənd etdirmişdi.
|
|
Qədimdə insanlar təbii çiçəkdən qurtulmaq
üçün üsullar axtarırdılar. Məlum idi ki, bu xəstəliyə
bir dəfə yoluxub sağ qalan adam heç vaxt ikinci dəfə
yoluxmur. Ona görə də sağlam insanları yüngül
formada yoluxdurmağa çalışırdılar. Lakin bu heç də
həmişə gözlənilən nəticəni vermirdi. Çox vaxt yoluxmuş
insanların aqibəti faciəli olurdu.
Bəzi ölkələrdə xəstəliyin qarşısını almaq üçün
müəyyən üsullar tətbiq edilirdi. Belə ölkələr arasında
Çin,Türkiyə əsas yer tuturdu. Hətta Türkiyədə
xəstəliyə qarşı peyvəndin edilməsi ilə bağlı məlumatlar
müxtəlif mənbələrdə öz əksini tapır. Lakin
bütün bunlara baxmayaraq, bu üsullarla aparılan
peyvəndlər kütləvi yoluxmanın qarşısını ala bilmirdi.
XVIII əsrin sonlarına yaxın insanlar dəhşətli
epidemiyanın əlində əsirə çevrilmişdilər. Bir müddət
də belə davam etsə idi, artıq pandemiya vəziyyəti
yarana bilərdi. Çünki xəstəlik sürətli şəkildə
yayılmağa və geniş əraziləri əhatə etməyə başlamışdı.
Belə birvaxtda insanların köməyinə inəklər
çatdılar. Bəli, bəli, qəribə də olsa, inəklər.
• Söz boğçası •
• peyvənd • aqibət
• səfir • epidemiya
• pandemiya •
immunitet • virus
|