Dil qaydaları |
CÜMLƏ VƏ CÜMLƏ ÜZVLƏRİ |
4
|
A
|
Verilmiş söz və söz birləşmələrindən cümlələr düzəldin.
1. soyuq ölkələr, köçəri quşlar, uçub gəlmək. 2. yuva, ağacın budaqları, qorumaq, külək. 3. almaq, mağaza, sadə karandaş. 4. qurumuş yarpaqlar, ayaq altında, xışıldamaq. 5. fabrik, toxumaq, ipək parçalar. 6. aşağı, dəftər, yığmaq, şkaf. |
B
|
Verilmiş cümlələri uyğun durğu işarələri ilə tamamlayıb yazın.
1. Axı onlar bizə gələcəklər 2. Bəs bu sinif yarışda iştirak etmir 3. Bəh-bəh, necə gözəl güllər var 4. Aynur həvəslə kitab oxuyur 5. Müəllim nə vaxt gələcək |
C
|
Verilmiş fikirlərə daha bir fikir əlavə edərək mürəkkəb cümlə düzəldib yazın.
1. Yağış yağır,.... 2. Dərs bitdi,.... 3. Aparıcı soruşur,.... 4. Payız gəldi,.... 5. Tədbir başlandı,.... |
Ç
|
Verilmiş cümlələrdə baş üzvləri müəyyən edin.
1. Tamaşa axşam başlayacaq. 2. Nazim konsertdə iki mahnı ifa etdi. 3. Aşpaz dadlı xörəkləri ilə yarışmada qalib oldu. 4. Gecə güclü külək əsirdi. 5. Buludlar sanki qar topasıdır. |
D
|
İkinci dərəcəli üzvlərin iştirak etdiyi cümlələri seçib yazın.
1. Uşaqlar meydançada futbol oynayırlar. 2. Aysunun geyimi gözəldir. 3. Fəhlələr alma yeşiklərini maşına daşıyırdılar. 4. Sinfin qapısı açıldı. 5. Gecələr Bakı küçələri əlvan işıqlara bürünür. |