2
|
A
|
Üzeyir Hacıbəyli haqqında bildiklərinizi danışın.
|
B
|
Opera və operetta janrları haqqında nə bilirsiniz? Onlar bir-birindən nə ilə
fərqlənir?
|
C
|
Sizcə, opera yazmaq ssenari yazmaqdan nə ilə fərqlənir? Opera yazmaq üçün
müəllifin hansı bacarıqları olmalıdır?
|
1
|
Üzeyir bəy Hacıbəyli xatirələrində yazırdı: "1897-ci il idi. Mən doğma şəhərim Şuşada "Leyli və Məcnun" əsərindən bir səhnəcik gördüm. O qədər təsirləndim ki, opera yazmaq qərarına gəldim". Səhnəciyi məşhur xanəndə Cabbar Qaryağdıoğlu tək ifa edirdi. Kiçik Üzeyir bu ecazkar səsə qulaq asa-asa göz önündə böyük bir kollektivin musiqili tamaşada oyununu canlandırırdı.
* * *
|
2
|
Bu hadisədən 10 il keçdi. Üzeyir bəy Hacıbəyli "Leyli və Məcnun" operasını yazdı. Operanı tamaşaya qoymaq üçün ilk növbədə aktyorlar tapmaq lazım idi. Bir gün Üzeyir bəy Bakıda su satılan köşkün yanından keçirdi. Birdən kiminsə gözəl səslə muğam oxuduğunu eşitdi. Bu, aktyor Hüseynqulu Sarabski O, gündüzlər su satmaqla ailəsini dolandırır, axşamlar isə teatrda çalışırdı. Üzeyir bəy Sarabskinin səsinə heyran oldu. Ona yaxınlaşıb opera yazdığını və Məcnun rolunda onu görmək istədiyini dedi. Hüseynqulu həvəslə bu təklifə qoşuldu. * * *
|
3
|
Leyli roluna ifaçı tapmaq çox çətin idi. Çünki teatrda bütün rolları kişilər ifa edirdilər. Leyli roluna elə gənc tapmaq lazım idi ki, həm səsi olsun, həm də qrimdən sonra qadına bənzəsin. |
Bir gün Üzeyir bəy, Sarabski və rejissor Hüseyn Ərəblinski çay içə-içə bu barədə söhbətləşirdilər. Bu zaman çayxanada köməkçi işləyən arıq, ağbəniz oğlanın zümzüməsi eşidildi. Hər üçü səs gələn tərəfə çevrildi... Bu gənc oğlanın görkəmi də, səsi də Leyli roluna çox uyğun gəlirdi. Çayçı köməkçisi Əbdürrəhman Fərəcovu Leyli rolunu ifa etməyə güc-bəla ilə razı saldılar. |
||
Əbdürrəhman Fərəcov
"Leyli" rolunda |