- Hə... Birdən saxlamazlar. Teymur, tez ol, nə isə fikirləş.
Teymur bacısının qırmızı gödəkcəsinə baxıb birdən qışqırdı:
- Tapdım... Amma gödəkcəni səndən almalı olacağam.
Mədinə gödəkcəni çıxartdı. Teymur tez bir budaq götürüb gödəkçəni ona keçirdi. Yuxarı qaldırıb o tərəf, bu tərəfə yellədi. Maşınlar bir-bir gəlib ötürdü. Teymurla Mədinə qışqırırdılar:
- Əsgərlər, saxlayın. Əsgərlərrr... Nə olar? Görmürsünüz bizi?
Səsləri maşınların və yağışın səsinə qarışıb eşidilməz olurdu. Sonuncu maşının kabinəsində oturan komandir qəfildən dedi: - Uşaqlara bax. Yolun kənarında... - Görürəm, komandir. Atılıb-düşürlər. Dəcəllik edirlər. |
•
Söz boğçası •
• muğayat olmaq
• şütümək |
-Yox. Nəsə deyirlər. Hətta...
Komandirin sərt baxışları təbəssümlə doldu:
- Bayraq da düzəldiblər, yelləyirlər. Saxla. Bəlkə, nəsə demək istəyirlər...
Sürücü maşının əyləcini basdı. Komandir atılıb yerə düşdü.
- Salam, uşaqlar. Bu soyuqda, yağışda nə işiniz var?
Teymur irəli keçdi. Əlindəki bağlamanı uzatdı:
- Sizin üçün gətirmişik... Nahar yeməyi... İki kartof, iki yumurta...
Komandir onları bağrına basdı. Bağlamanı aldı.
- Sağ olun, uşaqlar, payınız çox olsun. İndi isə birbaşa evə gedin. Oldumu, qoçaqlar?!
Onun gözləri yaşardı. Kövrəldi. İti addımlarla maşına doğru getdi. Qapını açıb oturanda uşaqlara bir də baxdı. Qəti səslə dedi:
- Biz mütləq qələbə çalacağıq.