|
3
|
SİMVOLLAR
|
1
|
A
|
Təsəvvür edin ki, kimsəsiz bir adadasınız. Uzaqdan keçən gəmilər,
yüksəklikdə uçan təyyarələr sizi görmür. Onların diqqətini cəlb etmək üçün
nə edərdiniz?
|
Teymur yeməyi cəld dəsmala bükdü. Bağlamanı götürüb qapıdan çıxdılar...
Yağış yağırdı. Hava əməlli-başlı soyumuşdu. Yola çatanda ikisi də su içində idi. Səkidə dayandılar. Heç nə gözə dəymirdi. Arabir maşınlar şütüyüb keçirdi.
Mədinə kədərlə dedi:
- Yəqin, gecikmişik. Gediblər...
Birdən uzaqda hərbi maşın karvanı göründü. Hər birinin üstünə Azərbaycan bayrağı sancılmışdı.
- Yaxınlaşırlar... Elə etməliyik ki, bizi görüb maşını saxlasınlar.