4
|
A
|
"O", "bu" əvəzlikləri hansı cümlələrdə mübtəda vəzifəsində işlənir?
|
B
|
Uyğun yerlərdə "o" və "bu" əvəzliyindən sonra vergül qoyaraq cümlələri
köçürün.
1.
O Cavidə məktub yazdı.
2. Bu kitab türklərin tarixi haqqındadır. 3. Bu balaca qız mənim bacımdır. 4. O beş bacının bir qardaşıdır. 5. O danışanda mən susurdum. |
C
|
Hansı cümlələrdə vergül işarəsi yanlış işlənmişdir? Səhvləri düzəldərək cümlələri
köçürün.
1.
O, insanla söhbət etmək kitab oxumağa bərabərdir.
2. O, dünəndən bu görüşə hazırlaşır. 3. O, mənimlə musiqi dərnəyinə gedir. 4. Bu, növbəti həftə üçün verilən tapşırıqdır. 5. Bu, adamı əvvəllər də görmüşəm. |
Ç
|
Buraxılmış vergül işarələrini yazaraq mətni köçürün.
Natiqin dərin məntiqi təfəkkürü var. O aydın və səlis danışır. Bu bacarığa çoxlu kitab oxumaqla yiyələnib. O həm də şeir və hekayələr yazır. Bu yazıları ilə müxtəlif müsabiqələrdə iştirak edib. Bu yarışlarda dəfələrlə qalib gəlib və mükafatlar qazanıb. |
D
|
Çərçivədə verilmiş cümləni oxuyun. Eyni fikri ifadə edən cümləni seçin.
O, qoca balıqçı ilə dostluq edir.
A) Qoca balıqçı ilə dostluq edən odur. B) Balıqçı ilə dostluq edən o qocadır.
|