Tezliklə Qvidonun yaratdığı not sistemi hamı tərəfindən qəbul edildi və istifadə olunmağa başladı. Doğrudur, sonralar bu sistemdə bəzi dəyişikliklər edildi. Məsələn, birinci not "ut" deyil, "do" adlandırıldı. Belə ki, ut samitlə bitdiyi üçün uzunluğu ifadə etməkdə çətinlik yaradırdı. Bundan başqa, not sisteminə "si" notu əlavə edildi və beləliklə, yeddi musiqi notu yarandı. Qvidonun sistemində notlar ancaq səsin yüksəkliyini ifadə edirdi. Müasir not sistemində isə musiqi səslərinin uzunluğunu və pauzanı da ifadə edən işarələr var. Nəhayət, Qvidonun ilk dəfə olaraq istifadə etdiyi not xətlərinin sayı artırılıb beşə çatdırıldı. Bütün bunlara baxmayaraq, not sisteminin banisi əsrdə yaşamış Qvido hesab edilir. Son olaraq qeyd etmək lazımdır ki, notun yaranması musiqinin inkişafına təkan verdi. Artıq neçə əsrdir ki, böyük bəstəkarlar yaratdıqları möhtəşəm musiqi əsərlərini notlar vasitəsilə yazıya köçürür və gələcək nəsillərə ötürürlər. Bu gün hər bir musiqiçi bu əsərləri not sisteminin köməyi ilə ifa edə bilər. Könül Cəlilova
|
C
|
"Söz boğçası"ndakı sözləri aşağıdakı izahlarla uyğunlaşdırın.
- təsiri altında qalmaq
- musiqi əsərini birlikdə oxuyanlar dəstəsi - xristianların ibadət yeri |
Ç
|
Mətndə hansı suala cavab yoxdur?
1. Not nədir?
2. İlk dəfə notları kim adlandırmışdır? 3. Qvido neçənci ildə anadan olub? 4. Musiqidə notların rolu nədən ibarətdir? |
D
|
Mətndəki məlumatlara əsasən mavi boşluğun yerinə uyğun gələn sayı müəyyən
edin.
|
E
|
Qvidonun not sistemi ilə müasir not sistemi arasındakı dörd fərqi sadalayın.
|