Bütün dünya xalqlarının anladığı bir dil var-musiqi dili. Musiqi dilinin
əlifbası not sistemidir.
Latın dilində not işarə deməkdir. Bəli, not - musiqi səsinin yazıda
işarəsidir. Bu işarələrdən hər
birinin öz adı var.
Not yaranana qədərdə insanlar mahnı oxuyur,
musiqi alətlərində melodiyalar ifa edirdilər. Lakin
o dövrdə musiqi dildən-dilə keçməklə yayılırdı.
Bu zaman dəyişikliyə məruz qalır, vaxt keçdikcə
unudulurdu. İnsanlar musiqini yazıda ifadə etmək üçün yollar
axtarırdılar.
Nəhayət, musiqi notları
kəşf olundu.
Təxminən 1000 il əvvəl İtaliyada Qvido adlı bir
musiqiçi yaşayırdı. O, kilsədə xor kollektivinə rəhbərlik
edirdi. Bir gün Qvido xorda oxuyan uşaqlara yeni bir nəğmə öyrədirdi. Lakin uşaqlar
|
|
Qvido not sistemi
• Söz boğçası •
• kilsə • xor • məruz qalmaq
|
heç cür nəğmənin musiqisini yadda saxlaya
bilmirdilər. Onda Qvido nəğmənin hər sətrindəki ilk hecanı ayırdı: ut, re, mi, fa, sol, lya.
Musiqi səslərini bu hecalarla adlandırdı və onları not xətlərində kvadratlarla işarə etdi.
Uşaqlar bu işarələri və onların adlarını yadda saxladılar. Onlara baxaraq musiqini ifa etməyə
başladılar.