2-ci hissə
|
***
|
Dərs başlayan kimi müəllim Vaqifi lövhəyə çağırdı. Dostumun "yaman ilişdim..." sözləri aydınca eşidildi.
Mən ön sırada oturmuşdum. Vaqif mənə göz-qaş eləməyə başladı. Bu jestin mənasını başa düşmək çətin deyildi: "Arif, kömək elə, məni vəziyyətdən çıxart". Bir sözlə, o istəyirdi ki, mən ona suflyorluq edim. Vaqifi indiyədək belə aciz görməmişdim.
Müəllim məsələni başa düşmüşdü. O bu dəfə məni çağırdı. Cavablarım müəllimin xoşuna gəldi. Məni xeyli təriflədi, Vaqifə nümunə göstərdi. Nədənsə mən dostumun yerinə utandım, sanki onun dərsə hazırlıqsız olmasında günahkar mən idim. Dərs bitdi. Tənəffüsdə Vaqif məni acıladı: - Bərk ayaqda səni yaxşı tanıdım. Bundan sonra mənim Arif adlı dostum yoxdur! O gün ilk dəfə məktəbdən evə birlikdə qayıtmadıq. Yolboyu götür-qoy edirdim: "Niyə Vaqif məndən küsdü? Müəllimin gözü qabağında mən ona necə kömək edə bilərdim?! Axı mən dərsi uşaqlara izah edəndə onu da çağırdım. O isə lovğalanaraq əlini yellədi..." |
C
|
Xüsusiyyətlərin Vaqifə və yaxud Arifə aid olduğunu müəyyən edin.
Fikrinizi əsaslandırın..
• səhlənkar • təmkinli • lovğa • çalışqan • məsuliyyətli |
Hansı fikirlə razısınız? Mövqeyinizi əsaslandırın.
A. Arif Vaqifə kömək etməli idi. B. Arif Vaqifə kömək etməməli idi. |