Ç
|
"Sözlərdən işarələrə" mətninin sonluq hissəsindəki cümlə hansı ifadə ilə başlanır?
Aşağıdakı ifadələrdən hansı həmin ifadəni əvəz edə bilər?
• Bütün bunlara baxmayaraq •
Ümumiyyətlə • Bir sözlə
|
D
|
Mətni oxuyun və tərkib hissələrini
müəyyən edin.
HEROQLİFLƏR
Tarix boyu dünya xalqları yazıda müxtəlif işarələrdən istifadə etmişlər. Bu işarələr görünüşünə və funksiyasına görə bir-birindən fərqlənir. Bir sıra xalqların istifadə etdiyi işarələr heroqlif adlanır. Hərfdən fərqli olaraq, heroqliflər yalnız səsi deyil, sözü, anlayışı da işarə edir. Heroqliflərdən ilk dəfə qədim misirlilər istifadə etmişlər. Onlar heroqlifləri soldan sağa, sağdan sola və yuxarıdan aşağıya doğru yazırdılar. Bu işarələrin sayı çox idi. İnsanlar 700-750 heroqlifi yadda saxlamalı olurdular. Ona görə də Misir dilində yazını öyrənmək üçün 5-6 il vaxt lazım olurdu. ... müasir dövrdə də bir çox xalqlar-çinlilər, yaponlar və s. bu yazı sistemindən geniş istifadə edirlər. |
|
E
|
Mətnin girişindən əsas hissəyə keçid cümləsi düşünüb yazın.
|
Ə
|
Hansı cümləni mətnin əsas hissəsinin sonuna əlavə etmək olar?
• Heroqliflər papirus bitkisindən hazırlanmış lövhələr üzərində yazılırdı.
• Heroqlif və rəqəmlərin köməyi ilə kəsr saylarını da yazırdılar. • Bu səbəbdən Misirdə oxuyub-yaza bilən insanlar böyük hörmət sahibi idilər. |
F
|
Mətnin sonluğu hansı ifadə ilə başlana bilər?
• Ona görə də
• İlk növbədə • Bütün bunlara baxmayaraq • Buna əsasən |