Sonradan naşir bu sözün ilk və son hərflərindən istifadə etdi: qo. Nəhayət, o bu iki hərfdən xüsusi işarə yaratdı. Zaman keçdikcə həmin işarə indi bildiyimiz sual işarəsinə çevrildi:
Nida işarəsi də latın dilindəki "Io" sözündən yaranmışdır. Bu söz sevinc, heyrət bildirirdi.
Beləliklə, deyə bilərik ki, bu gün yazıda istifadə etdiyimiz durğu işarələri çox maraqlı inkişaf yolu keçmişdir.
C
|
Düzgün, yoxsa yanlış?
1. Vergül işarəsi latın əlifbasındakı hərfdən alınıb.
2. Manutsi kitab nəşri ilə məşğul olub. 3. Cümlələr arasındakı məsafə nöqtəni əvəz edə bilirdi. 4. Sual və nida işarələrinin yaranma tarixçələri bir-birinə bənzəyir. |
Ç
|
Cümlələri tamamlayın.
1. Sonunda durğu işarəsi olmayan cümlələri anlamaq çətin idi, çünki ... .
2. "Quaestio"sözü tədricən sual işarəsinə çevrildi, çünki ... . 3. Hiss, həyəcan bildirən sözlərin sonunda "io"sözündən istifadə edildi, çünki ... . |
D
|
Sual işarəsinin yaranma ardıcıllığını bir daha nəzərdən keçirin. Aşağıdakı sxemə
uyğun olaraq nida işarəsinin yaranmasını şərh edin.
|