3
|
A
|
Aşağıdakı cümlələrin hansında daha çox məlumat verilir?
1. Oqtay getdi.
2. Dünən qardaşım OqtayTürkiyəyə getdi. |
yarpaqlar (mübtəda)
saralmış |
töküldü (xəbər)
yavaş-yavaş yerə |
B
|
Cümlələrdə ikinci dərəcəli üzvləri müəyyən edin.
1. Birdən gurultulu səs eşidildi.
2. Müəllim çətin tapşırıqları izah etdi. 3. Kitabxanaçı kitabları rəflərə düzdü. 4. Xəstə gündən-günə yaxşılaşırdı. 5. Bu bağçada nadir güllər çoxdur. |
C
|
Suallara cavab yazaraq cümlələri genişləndirin.
1. (Hansı?) qızlar (nəyi?) yığdılar.
2. Sevil (nə üçün?) (nə qədər?) çalışdı. 3. Baba (kimlə?) (harada?) gəzir. 4. (Hansı?) musiqiçi kamançada (necə?) ifa edirdi. |
Ç
|
İkinci dərəcəli üzvlər əlavə
etməklə cümlələri genişləndirin.
|
D
|
İkinci dərəcəli üzvləri ixtisar etməklə cümlələri köçürün.
a) Gəmi sahildə üç saat dayandı.
b) Ata cəbhədəki oğlundan məktub aldı. c) Birinci siniflər sıraya düzülmüşdü. ç) Hündür dalğalar şiddətlə qayalara çırpılırdı. d) Güclü külək qumu havaya qaldırırdı. |