|
1
|
DOSTLUĞUN GÜCÜ
|
1 |
A |
"Bilməmək eyib deyil, soruşmamaq eyibdir" kəlamını izah edin.
Bu fikrə münasibətinizi bildirin.
|
BİRİNCİ ADDIM
1-ci hissə |
Vaqiflə bir məhəllədə yaşayırıq. Eyni sinifdə oxuyuruq. Çox vaxt dərsə də birlikdə gedib-gəlirik. Ya o məni çağırır, ya da mən onu. Bir səhər yenə mən onu səslədim. O özünü yetirdi: - Gecikməmişik ki? |
-Yox, hələ iyirmi dəqiqə var. Birlikdə məktəbə tərəf yönəldik. Yolda ondan soruşdum: - Dərslərini öyrənmisən, Vaqif? - Eh, haradan? Azərbaycan dilindən tapşırığa baxmağa heç vaxtım olmayıb. Amma sən, yəqin, həmişəki kimi hamısını bilirsən. Başqa cür ola bilməz. Axı sinfimizin gözüsən. Vaqifin sözlərindən xoşlanmasam da, özümü o yerə qoymadım. - İstəsən, sən də ola bilərsən. |
- Eh, məndə o səbir hanı, oturum sənin kimi gecə-gündüz kitab oxuyum.
Dərsin başlanmasına bir neçə dəqiqə qalırdı. Məlum oldu ki, bəzi uşaqlar Azərbaycan dili dərsinə hazır deyillər. Ona görə də narahat idilər. Bir də gördüm, uşaqlar ətrafıma yığışıblar. Dərsə aid suallar verməyə başladılar. Mən Vaqifi də çağırdım.
O, pəncərə qabağında durmuşdu, küçədən keçənlərə tamaşa edirdi. Mənim səsimə lovğalıqla əlini havada yellədi: