Herakl oxlarının hamısını atıb qurtardıqdan sonra quşların mis lələklərini yaya qoyub atmağa başladı. Lakin onların ardı-arası kəsilmirdi. Herakl anladı ki, belə getsə, Stimfal quşlarının öhdəsindən gələ bilməyəcək.
O, quşları ovlamaq fikrindən daşındı. Nemey şirinin dərisi altında daldalanıb dərin yuxuya getdi. Hər dəfə çətin anlarda müdriklik ilahəsi Afina Heraklın yuxusuna girər, ona çıxış yolu göstərərdi. Bu dəfə də o, yuxuda Herakla məsləhət verdi:
- Dəmirdən pərli şaxşaxlar düzəlt. Quşlar şaqqıltı səsindən qorxur.
Herakl yuxudan ayılan kimi yaxınlıqdakı kəndə yollandı. Bu kəndin əhalisi əkin sahələrini quşlardan
qorumaq üçün şaxşaxdan istifadə edirdi. Onların köməyi ilə Herakl çoxlu şaxşax hazırladı. Gecə
düşəndə
Stimfal meşəsinə getdi. Şaxşaxları quş yuvaları olan ağacların dibinə düzdü.
Elə ki külək əsdi, pərlər hərləndi, şaxşaxlar şaqqıldamağa başladı, meşəni qulaqbatırıcı bir səs bürüdü. Ürkmüş quşlar havaya qalxdılar. Çığırtı ilə meşəni tərk etdilər. Herakl isə vurduğu mis quşlardan bir neçəsini götürüb Evrisfeyin hüzuruna apardı.
B
|
Hansı cümlələrdə fərqləndirilmiş sözlər mətndəki mənasında işlənib?
|
C
|
Uyğunluğu müəyyən edin.
|
Ç
|
Mətnə istinad etməklə aşağıdakı fikirlərin doğruluğunu əsaslandırın.
• Heraklın Stimfal quşlarını qovması onun beşinci qoçaqlığıdır.
• İlahlar Herakla hörmət edir, ona yardım etməyə çalışırdılar. • Şaxşaxın səs çıxarması üçün onu hərləmək və ya silkələmək lazımdır. |