|
4
|
YENİLMƏZ QƏHRƏMANLAR
|
1
|
A
|
Herakl haqqında bilgilərinizi xatırlayın. Hansı məlumat sizin diqqətinizi
daha çox cəlb etmişdi? Onun haqqında daha nə öyrənmək istərdiniz?
|
Heraklın şöhrəti bütün Yunanıstana yayılmışdı. O, bir-birinin ardınca ağlasığmaz qoçaqlıqlar göstərirdi. Əvvəlcə bədheybət Nemey şirini, sonra isə Lerney əjdahasını məhv etdi. Daha sonra Yeriman qabanına qalib gəldi. Kireney maralını tutub gətirdi. Bütün bunlar Arqos şəhərinin hökmdarı Evrisfeyi çox narahat edirdi. Belə getsə, Herakl Arqos səltənətini ələ keçirə bilərdi. Buna görə də ona bu dəfə daha çətin bir tapşırıq verdi:
- Sən Stimfal meşəsinə get. Orada yaşayan Stimfal quşlarını meşədən qov.
Herakl tapşırığı yerinə yetirmək üçün meşəyə yollandı. O hələ meşəyə çatmamış Stimfal quşlarının səsini eşitdi. Onlar elə bərkdən qaqqıldaşırdılar ki, səsdən qulaq tutulurdu. Herakl onlara yaxınlaşdıqda quşlar dəstə ilə havaya qalxdılar. Bu zaman ətrafı qulaqbatırıcı cingilti səsi bürüdü. Herakl öz-özünə düşündü: "Yoxsa, bu quşların lələkləri misdəndir?" O, düz tapmışdı: Stimfal quşlarının iti, qorxunc dimdikləri, qarmağa oxşar caynaqları və lələkləri xalis misdən idi.
Heraklı görən quşlar dəstə ilə onun üzərinə şığıdı. Onlar bir-birinin ardınca Heraklın başı üzərindən süzüb keçirdilər. Elə bu zaman böyük bir ox Heraklın başındakı Nemey şirinin dərisini dəlib keçdi. Ox onun saçlarına ilişdi. Herakl oxun haradan atıldığını anlamadı. Sonra gördü ki, bu, Stimfal quşunun lələyidir. Onlar qanadlarını silkələyərək iri, parlaq lələklərini ona tərəf tullayırdılar. Herakl ağacların arxasına sığındı. Hərb ilahi Apollonun bağışladığı qızıl oxları yaya qoyub quşlara sarı atdı. Sərrast ovçunun atdığı oxların hamısı hədəfə dəyir, quşlar bir-bir yerə düşürdü. Lakin onların sayıhesabı yox idi. Heraklın isə cəmi on iki qızıl oxu var idi. |
• Söz boğçası •
• bədheybət
• mis • xalis • ilah • pər • sərrast • şaxşax |