B
|
Meşənin görünüşü haqqında bənzətmələri müəyyənləşdirin.
...Azərlə babası meşəyə yollandılar. Kənardan meşə yalın budaqlı ağacları ilə çox solğun görünürdü. Xəzəl əlvan xalça kimi yeri bəzəyirdi. Yeridikcə qurumuş yarpaqların xışıltısı ətrafa yayılırdı. İrəli getdikcə qarşıda qəribə mənzərə açılırdı. Bəzi ağaclar yarpaqlarını tökməmişdi. Açıq-sarı rəngə boyanmış palıd ağacları budaqlarını geniş açıb dayanmışdı. Qoca pəhləvan kimi əzəmətli duruşları diqqəti cəlb edirdi. Ağcaqayınların yarpaqları isə nar kimi qızarmışdı. Tozağacıların yarpaqları qızıl sırğa kimi sallanır, xəfif küləkdən ora-bura yellənirdi... |
Ç
|
Elə təsəvvür edin ki, Tom və Bekki mağarada yox, qaranlıq meşədə azıblar.
Həmin meşəni elə təsvir edin ki, oxucuda həyəcan yaradasınız.
|