Tom geri qayıdıb bu şad xəbəri Bekkiyə çatdırdı. Uşaqlar mağaradan çıxıb çayın sahilinə endilər. Yaxınlıqdan keçən balıqçılar onları qayığa mindirdilər. Uşaqlar mağarada azdıqlarını söyləyəndə balıqçılar təəccübləndilər: - Siz nə danışırsınız? Mağara buradan beş mil* aralıda, çayın yuxarısındadır. Bu qədər yolu necə qət etmisiniz? Evlərinə çatanda aydın oldu ki, dostları, müəllimləri, hətta polislər hələ də mağarada Tom ilə Bekkini axtarırlar. Axı heç kimin ağlına gəlməzdi ki, bu iki uşaq əsrlərlə burada yerləşən tarixi bir mağaradan yeni çıxış yolu kəşf edəcək.
Mark Tvenin "Tom Soyerin macəraları" əsərindən
|
*mil - əsasən, ABŞ və İngiltərədə istifadə olunan uzunluq ölçü vahididir; 1 mil
1420 metrə bərabərdir.
|
B
|
Aşağıda verilmiş ifadələri söz boğçasındakı yaxınmənalı qarşılıqları ilə
uyğunlaşdırın.
mağara
gizli
getmək
araşdırmaq
|
C
|
Mətnlə bağlı suallara cavab verin.
1.
Əsərdə hansı obrazlar var?
2. Uşaqlar hansı təhlükələrlə rastlaşdılar? 3. Uşaqlar necə xilas oldular? |
C
|
Haşiyədə mil haqqında verilmiş məlumatdan istifadə etməklə Tom və Bekkinin
mağarada getdikləri yolu metrlə ifadə edin.
|
2
|
A
|
"Tom və Bekkinin mağara sərgüzəşti" mətnindəki hadisələrin ardıcıllığını müəyyən
edin.
A.
Çayın kənarında Tom və Bekki balıqçılarla rastlaşdılar.
B. Tom və Bekki mağaranın dərinliklərinə gedib çıxdılar. C. Tom və Bekki qrup üzvlərindən ayrı düşdülər. Ç. Nəhayət, Tom mağaradan başqa bir çıxış yolu tapdı. D. Uşaqlar geri qayıtmaq üçün yolu tapa bilmədilər. |
B
|
Sizcə, Tom nə üçün cibində gəzdirdiyi ipin bir ucunu qayanın çıxıntısına, digər ucunu isə öz belinə bağladı?
|